Rusiyada bir aylıq əmək haqqına ev tapıldı


Digərləri 20 Mar 2019 14:24:00 199 0

Rusiyada bir aylıq əmək haqqına ev tapıldı

Rusiyalı rieltorları bir aylıq əmək haqqına satılan ev tapıblar. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ev Omsk vilayətində yerləşir.

Evin qiyməti 40 min rubldur (1000 manatdan azacıq çox). Bura 10 sot torpaq da daxildir. Qeyd edilir ki, evin meydançası 150 kvadratmetr təşkil edir.