Vəzifəli şəxsləri yoldan çıxaran MƏŞUQƏLƏR


Digərləri 20 Mar 2019 14:00:00 277 0

Vəzifəli şəxsləri yoldan çıxaran MƏŞUQƏLƏR

Oskar Uayld deyirdi ki, qadınlar anlaşılması üçün deyil, sevgi üçün yaradılıb.

Bu yazıçı zərif cinsin nümayəndələrini əksər kişilərdən daha yaxşı başa düşürdü. Əlbəttə, ziddiyyətli fikirdir, ola bilsin ki, onu belə düşünməyə vadar edən amil, tanınmış qadınların bir çoxunun öz zəkasının hesabına deyil, gözəllikləri və məşhur kişilərin məşuqələri olaraq tarixə düşə bilmələridir.

Bəzi məşuqələr heç də xüsusi gözəlliyə malik deyildilər, amma nədənsə onlar, yenə də öz kişilərini məftun etməyə bacarıblar.

Son.az olaraq bu yazıda tarixin ən məşhur məşuqələrinin bir neçəsi haqda danışacağıq.

Valeriya Messalina

Bu xanım tarixdə ən pozğun qadınlardan biri kimi qaldı. İmperator Klavdiyin arvadı olan Valeriya, öz yüksək statusuna baxmayaraq, Romada sözün əsl mənasında şəhvət və əxlaqsızlıq təcəssümü idi. Messalina eramızın I əsrində yaşayıb. Müasirlərinin xatirələrində yazılır ki, o, hətta Nerondan daha pozğun olub. Baxmayaraq ki, Neron vəhşi orgiyalarla, sarayda uşaq hərəmxanalırının yaradıcısı kimi məşhur idi. Messalina haqqında yazılan qeydlər də vurğulanır ki, o, Roma fahişəxanalarına gələrək, orada fahişələrdən birinin yerini tuturdu. Yalnız belə öz ehtirasını qane edə bilirdi. Valeriyanın gözündən heç bir yaraşıqlı kişi yan keçə bilməzdi. Onun bu cür davranışları uzun müddət davam etdi, çünki imperator olan ərinin başı özünə qarışmışdı. Lakin Valeriya daha da irəli gedərək, öz kişilərindən birini - Qay Siliyi hakimiyyət kürsüsündə oturtmağa çalışırdı, amma sui-qəsd baş tutmadı, özü Messalina isə imperatorun əmri ilə 28 yaşında qətlə yetirildi. Tarixçilər deyirlər ki, həmin anda qadın artıq sifilisə yoluxmuşdu, ona görə də bu cür ölüm onun əxlaqsız və biabırçı həyatının sonu üçün çox da pis sayılmırdı.

Kleopatra

Bu qadın ən müdrik məşuqələrdən hesab edilir. Lakin o, zahirən gözəl deyildi. Üstəlik, Kleopatra qədim dünyanın ən qalmaqallı personajlardan biri sayılır. Kleopatra ilə keçirilən gecə hər bir yeni məşuqun həyatı bahasına başa gəlirdi. Bununla belə məşum gözəl kişiləri özünə cəlb edə bilirdi. Kişilər bilə-bilə ki, səhər canları alınacaq, onunla bir gecə keçirməyə razı olurdular. Kleopatra heç bir kompromisə getməyərək öz sevgililərini öldürməyə davam edirdi. Qədim Misir mütəxəssisləri onu ilk azad məhəbbətin tərəfdarı adlandırırlar. Həddən artıq pozğunluğu ona, yaxşı hökmdar olmağa mane olurdu. Həmçinin o, Sezar üçün sadə və ağıllı biri kimi görünsə də, Mark Antoni üçün isə şəhvani ləzzətlər almaq subyekti idi. Məhz son məşuqu Mark Antoni onun faciəsinə səbəb oldu, cütlük Romaya qarşı müqavimət göztərməyə qərara aldılar və canlarını qurban verdilər.

Frina

Bu yunanıstanlı qadın həm də öz gözəlliyilə fəxr ediləsi şəxs idi. Yazırdılar ki, Frina çox utancaq olub, könülsüz soyunurdu. Hətta o, öz kişilərini qaranlıqda qarşılayırdı. Dövlət rəsmiləri ondan əl çəkə bilmirdilər. Nəticədə onu, dövlətçiliyə təhdid kimi qiymətləndirərək edam etməyi qərara alırlar. Edam zamanı Frina tamam soyundurulur və camaat onun mükəmməl bədənini görür. Edam ləğv edilir, çünki qərara gəlirlər ki, belə ilahi gözəlliyə malik olan şəxsin qəlbi pis ola bilməz.

Tais Afinskaya

Bu ötkəm qadın Makedoniyalı İsgəndəri məftun etməsi ilə məşhurlaşıb. Öncə hər hansı bir xəzinə və ya sərvət qarşılığında böyük sərkərdə ilə birlikdə olmaqdan imtina edirdi. Halbuki o, fahişə idi. Qadın Aleksandra bildirirdi ki, onun ürəyini qazanmaq lazımdır və o zaman birlikdəlik mümkün olacaq. Sonradan Tais Misir çarı I Ptolemeyə ərə gedir.