Türkiyədə şiddətli zəlzələ


Dünya 20 Mar 2019 13:42:00 237 0

Türkiyədə şiddətli zəlzələ

Türkiyənin qərbində səhər saatlarında 6.2 bal gücündə zəlzələ baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 10:34 radələrində qeydə alınıb. Zəlzələnin episentri Acıpayam şəhərindən 16 kilometr cənubdadır. Zəlzələ 27 kilometr dərinlikdə baş verib.