Dariqa Nazarbayeva Qazaxıstan senatının spikeri seçilib


Dünya 20 Mar 2019 13:39:00 241 0

Dariqa Nazarbayeva Qazaxıstan senatının spikeri seçilib

Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.

Son.az Trend-ə istinadən bildirir ki, yeni spiker seçkilərinin keçirilməsi əvvəlki senat sədri Kasım-Jomart Tokayevin prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədardır.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.