Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib


Digərləri 20 Mar 2019 13:32:30 191 0

Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib

Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib.

Bakı. Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nı təsdiq edib. Trend-in məlumatına görə, standartlar cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin məzmununu; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində peşə təhsilinin idarə olunmasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin maddi-texniki bazasını; cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin infrastrukturunu; təhsilverənlərin keyfiyyətgöstəricilərini; təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bu standartlar Azərbaycan ərazisində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən bütün peşə təhsili müəssisələrinə və xüsusi peşə təhsili müəssisələrinə şamil olunur və peşə təhsili sahəsində ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasında və tətbiqində əsas tutulur. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə əsasən peşəsi və ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili və peşə hazırlığı həyata keçirilir. Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur. Bu standartlar 5 ildən bir yenilənir.