Sevgi metodundan istifadə edən riyaziyyat müəllimini işdən qovdular


Digərləri 20 Mar 2019 13:24:00 260 0

Sevgi metodundan istifadə edən riyaziyyat müəllimini işdən qovdular

Texniki fənləri hər adam mənimsəmir. Hindistanda bunu nəzərə alan müəllim yeni metoddan istifadə edib. O, necə deyərlər, işin içinə sevgi qatmaq qərarına gəlib.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, universitetdə birinci kurs tələbələrinə dərs deyən Çaran Sinqh yeni üç düsturdan istifadə edib: yaxınlıq - cazibə = dostluq; yaxınlıq + cazibə = məhəbbət; cazibə - yaxınlıq = eşqə düşmək.

Dosent leksiya zamanı tələbələrinə deyib: "Ər və arvad qocalanda cazibə qalmadığından dosta çevrilirlər. Məhəbbət hissi cütlük arasında cazibə olanda gəlir. Yaxınlıq olmayanda həmişə mübahisə edəcəklər".


Xəbərə aid foto