Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb


Digərləri 20 Mar 2019 12:54:00 178 0

Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Martın 18-də saat 21:00 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub.

Bakı. Martın 18-də saat 21:00 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət ediblər. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.