Hökumətdən maraqlı təklif


Dünya 20 Mar 2019 12:30:00 219 0

Hökumətdən maraqlı təklif

ABŞ hökuməti vəhşi atları əhliləşdirə bilən şəxsləri mükafatlandıracaq.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bir at əhliləşdirənə 1000 dollar məbləğində pul veriləcək. Qeyri-adi təklifə səbəb isə ştatlarda çox sayda vəhşi atların olmasıdır.

Təklifi Dövlət və Cəmiyyət torpaqlarının idarə edilməsi Bürosu verib. Komitə heyvanların ovlanması və qanun çərçivəsində saxlanılması ilə məşğul olur. Bir at komitəyə ildə iki min dollara başa gəlir. İndi qurumun himayəsində 82 min vəhşi at və eşşək var. Onların saxlanılmasına il ərzində 50 milyon dollar xərclənir. Bu vəziyyət komitəni belə bir təklif irəli sürməyə məcbur edib. Vəd edilən məbləğ at əhliləşdirmək istəyən şəxslərə hər dəfəsində 500 dollar olmaqla iki dəfəyə veriləcək.