Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq


Digərləri 20 Mar 2019 12:19:22 211 0

Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq

Martın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı. Martın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % olacaq.