Zakir Həsənov Pakistana rəsmi səfərə gedir


Siyasət 20 Mar 2019 12:12:00 235 0

Zakir Həsənov Pakistana rəsmi səfərə gedir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

Son.az-ın Müdafiə Nazirliyinə istiandən verdiyi məlumata səasən, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın "Milli Günü"nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.