"Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq


Digərləri 20 Mar 2019 12:00:00 233 0

"Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq

Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata əsasən, svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib. Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.

Qeyd edilən tədbirlər Agentliyin mütəxəssisləri tərəfindən Nobel prospekti "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihə çərçivəsində həyata keçirilib. Belə ki, artıq "Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq.


Xəbərə aid fotolar