BNA-dan yol hərəkətinin təşkili ilə bağlı növbəti layihə (FOTO)


Digərləri 20 Mar 2019 11:39:21 208 0

BNA-dan yol hərəkətinin təşkili ilə bağlı növbəti layihə (FOTO)

Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Bakı. Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Trend-ə BNA-dan verilən məlumata əsasən, svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib. Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.