Evində narkotik yetişdirən şəxs ələ keçdi


Kriminal 20 Mar 2019 11:24:00 204 0

Evində narkotik yetişdirən şəxs ələ keçdi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, martın 19-da RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və  plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.