Məşhur yazıçı arvadını gənc oğlanla SEVİŞƏRKƏN TUTUR:


Digərləri 20 Mar 2019 10:56:00 231 0

Məşhur yazıçı arvadını gənc oğlanla SEVİŞƏRKƏN TUTUR:

Fransız yazıçısı və filosofu Volteri müasirləri dahi hesab edirdilər. Onun fikirlərinə zadəganlar və krallar qulaq asırdılar, yazdığı ədəbi əsərlər isə böyük uğur qazanırdı.

Ağıl və istedad şübhəsiz ki, vacibdir, amma Volter parlaq karyerasını həm də onun qarşısına çıxan markiz dyu-Şatleyə borcludur. Bu qadın yazıçı üçün sevgili, həyat dostu, demək olar ki, hər şey olub. Məhz o, atəşli Volterin daxili ehtiraslarını, enerjisini lazımi məcraya yönəldirdi.

Son.az əsl adı Fransua-Mari Arue olan, tarixin ən maraqlı şəxsiyyətlərindən, XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, filosof, insan hüquqları müdafiəçisi Volter haqqında yazını təqdim edir:

Volterin ədəbi fəaliyyətinin başlanğıcı kifayət qədər uğurlu idi. Onun yazdığı faciələr oxucular tərəfindən iltifatlarla qarşılanırdı. Amma yüksək vəzifəli məmurun ünvanına yazdığı satirik şeirləri yazıçını dəmir barmaqlıq arxasına gətirib çıxardı. Sonralar Volter eyni səbəbdən yenidən həbsxanaya düşür. Azadfikirlilik yazıçı və filosofu rahat yaşamağa imkan vermirdi. Məmurların ünvanına etdiyi tənqidi fikirlərinə görə Volter polisdən gizlənməli olur.

1733-ci ildə o, Lotaringiyaya qaçır və ehtirasların səngiməyini gözləyir. Lakin gecələrindən birində Volter evin yaxınlığında gəzən zaman onun yoluna əlləri dəyənəkli insanlar çıxır. Onu çox güman ki, döyəcəkdilər, amma həmin an qaranlıqdan at üzərində qadın peyda olur. Bədxahlar görünmələrini istəmədən gizlənirlər. Qadın özünü markiza dyu-Şatle kimi adlandırır. O, heyrət dolu Volterə onun ardınca Sirey qəsrinə getməyi təklif edir.

Volter xanım Şatlenin qəsrində məskunlaşır, ona vurulur, öz sevgilisi adlandırır, əsərlərini ona ithaf etməyə başlayır. Emiliya dyu-Şatle də ona eyni məhəbbətlə cavab verirdi. Yeri gəlmişkən, Volter heç vaxt bilmədi ki, Emiliya onun azadlığı müqabilində kral möhürünü saxlayan nazirə nə söz vermişdi. Onu inandıra bilmişdi ki, Volter daha hakimiyyəti nüfuzdan salan heç nə çap etməyəcək.

Emiliya dyu-Şatle çox savadlı qadın idi. O, təbiət elmlərini öyrənir, elmi əsərlərin tərcüməsi ilə məşğul olur, müasirləri arasında isə orijinallığı ilə seçilirdi. Şatle ailəli idi, amma bu, onun məşuqlara malik olmasına mane olmurdu. Məsələ burasındadır ki, XV Lüdovikin zamanında bu cür vəziyyət adi norma sayılırdı. İlk görüş zamanı Volterin 39, Emliyanın isə 27 yaşı var idi.

Məhz Sirey qəsrində Emiliyanın qayğısının əhatəsində Volter öz əsərlərinin böyük bir hissəsini yazır. Yazıçı Emiliyanın və onunla bağlı olan hər şeyin vurğunu idi. Əgər əvvəllər Volter musiqiyə maraq göstərmirdisə, Emilyanın arada nəğmə oxuması onu heyrətə gətirirdi.