Bakıda qonşuların davası qanla bitdi


Digərləri 20 Mar 2019 10:34:00 198 0

Bakıda qonşuların davası qanla bitdi

Gecə paytaxtın Sabunçu rayonu, Xurşudbanu Natəvan küçəsi 35-də yaşayan qonşular arasında yaranan mübahisə qanla bitib. 

Son.az Oxu.az-a istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Məmmədov Hafis Kərim oğlu qonşusu ilə avtomobil park etmək üstündə mübahisə yaşayıb.

Razılığa gəlməyən tərəflər arasında sözlər tükənib, əvəzində yumruqlar, küt alət işə düşüb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs, qonşusu H. Məmmədovun baş nahiyəsinə "lapatka"yla zərbələr endirib. Nəticədə, H. Məmmədov xəstəxanaya yerləşdirilib.  

O, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. H. Məmmədova kəllə-beyin travması, başın əzilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, döyülən Məmmədov Hafis təqaüddə olan polisdir. 

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az