Əhalinin banklardakı pulları 8 milyard manatı keçib


Digərləri 20 Mar 2019 10:35:00 246 0

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

2019-cu il fevral ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 075,9 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.