Əhalinin banklardakı pulları 8 milyard manatı keçib


Digərləri 20 Mar 2019 10:24:38 202 0

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib.

Bakı. Elçin Mehdiyev – 2019-cu il fevral ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 075,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.