"O insanlarla İŞİD arasında fərq yoxdur"


Dünya 20 Mar 2019 09:44:00 196 0

"O insanlarla İŞİD arasında fərq yoxdur"

Yeni Zelandiyada terror aktlarının təşkilatçıları və İŞİD arasında fərq yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti üçün məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: "Dəfələrlə terrorçuluğun dini, dili və irqinin olmadığını vurğulayan lider kimi, mən ötən həftə baş verən terrror hücumlarını əxlaqla və ya xristianlığın prinsipləri ilə əlaqələndirmək cəhdlərini qətiyyətlə rədd edirəm. Hər halda, Yeni Zelandiyada baş verənlər avamlıq və nifrətin fəlakətli məhsulu idi".