Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı


Digərləri 20 Mar 2019 09:39:00 224 0

Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı

Birləşmiş Ərəb Əmirliyinin Əl- Əyn şəhərinin sakinləri qeyri-adi hava hadisəsinin şahidi olublar. 

Son.az Oxu.az-a istinadən bildirir ki, şəhər sakinlərinin Twitter-də yaydığı videogörüntülərdə səmada burulğana bənzəyən böyük bir dəlik açıq-aşkar görünür.

Sosial şəbəkə istifadəçilərinin bəziləri bunu hava hadisəsi kimi deyil, yadplanetlilərin gəmisi, bəziləri Allahın qəzəbi kimi qiymətləndiriblər.