On yaşlı azərbaycanlı qız Amerikada 100 min dollar qazana bilər VİDEO


Digərləri 20 Mar 2019 05:30:00 235 0

On yaşlı azərbaycanlı qız Amerikada 100 min dollar qazana bilər  VİDEO

Azərbaycan əsilli gənc kulinar Şennen Xosman Amerikada Master Chef Junior ("Мастер Шеф Дети") teleşousunun iştirakçısı olub.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, qalib gələcıyi halda, 100 min dollar qazanacaq.

Qızın sözügedən şouda iştirakı barədə məlumat layihənin YouTube sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Şennen YouTube-da yayılan videoçarxda özü haqqında danışıb. Burada onun ətli blinçik hazırladığı və evdə anası ilə birlikdə xəngəl kəsdiyi kadrlar da yer alıb.

Müsabiqənin qaliblərini dünya şöhrətli britaniyalı şef aşpaz Qordon Ramzi, şef aşpaz və teleaparıcı Kristina Tozi və restator, teleaparıcı, kulinariya ilə bağlı kitabların müəllifi Aaron Sançes seçir. Layihənin şərtlərinə görə, qalibə 100 min ABŞ dolları verilir.