ABŞ prezidentliyinə namizəd ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb


Dünya 20 Mar 2019 04:30:00 211 0

ABŞ prezidentliyinə namizəd ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

Ötən həftə ABŞ prezidenti postuna iddia edən tanınmış demokratların sırasına Texasdan olan sabiq konqresmen Beto O'Rurk da qoşulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Beto O'Rurk özünün prezident kampaniyasının ilk günü ərzində 6,1 milyon dollardan artıq vəsait topladığını bəyan edib. Bu, bütün demokrat-iddiaçılar arasında rekord məbləğdə ianədir. O bildirib ki, cəmi 24 saat ərzində amerikalılar bütün ölkə üzrə bir yerə toplaşaraq, prezident seçkiləri üçün kütləvi kampaniyanın keçirilməsinin mümkün olduğunu sübut ediblər. Bununla yanaşı, konqresmenin qeyd etdiyi kimi, o, ianəni ABŞ-ın sadə vətəndaşlarından alıb və bu işdə marağı olan müxtəlif böyük donorlardan, korporasiya və şirkətlərdən təzminat toplayan, həmin vəsaiti seçkiqabağı kampaniyalarda müvafiq siyasətçilərə təqdim edən Siyasi Fəaliyyət Komitəsinin ianələrindən imtina edib.