Yeni Zelandiyada hər kəs məsciddə terrorçunun qarşısını kəsən Əbdül Əzizin qəhrəmanlığından danışır


Digərləri 20 Mar 2019 00:45:00 253 0

Yeni Zelandiyada hər kəs məsciddə terrorçunun qarşısını kəsən Əbdül Əzizin qəhrəmanlığından danışır

Yeni Zelandiyada və onun hüdudlarından kənarda hər kəs Kraystçörç məscidində terrorçunun qarşısını kəsən şəxsin qəhrəmanlığından danışır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əfqanıstandan gəlmiş Əbdül Əziz adlı şəxs hücum zamanı Linvud məscidində olub. Buna qədər terrorçu digər məsciddə artıq onlarla insan güllələmişdi.

Hadisə barədə danışan 48 yaşlı Ə.Əziz bildirib ki, atəş səslərini eşitdikdən sonra o, məsciddən çıxıb və burada hərbi geyimli bir şəxslə qarşılaşıb. Onlar üz-üzə gələndə həmin şəxs Ə.Əzizi söyüb.