Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub (FOTO)


Digərləri 20 Mar 2019 00:57:32 248 0

Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub (FOTO)

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində növbəti Novruz bayramı tədbiri keçirilib

Bakı. Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində növbəti Novruz bayramı tədbiri keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bayram günü tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak ediblər. Tədbir zamanı aparıcı tədbir iştirakçılarını salamlamış və xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir. İlk olaraq şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himni ifa olunmuş, daha sonra məktəbin fəal şagirdlərindən olan Humay Rəfizadə öz yazdığı “Novruz bayramı gəlir” şerini söyləyib. Novruz bayramı gəlir, Gəlin görək nə edir? Tonqaldan hoppanmışıq, Yumurta rəngləmişik, Səməni yetişdirib, Bəs nə etməmişik? Şəkərbura, paxlava və qoğalımız qalıb, Gedək bişirək onu. Dadlı olub! Nuş olsun! Hamımıza xoş olsun!