Günün qoroskopu: Özəl həyatda isə işlər o qədər də yaxşı deyil


Digərləri 20 Mar 2019 00:01:00 234 0

Günün qoroskopu: Özəl həyatda isə işlər o qədər də yaxşı deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - bu gün bütün diqqəti intellektual fəaliyyətə yönəldin. Ciddi və dərin fikirlər gün ərzində yarana biləcək çətinliklərdən yaxa qurtarmağa imkan verə bilər.

Təhtəlşüura, hissiyyata güvənə bilərsiniz. Əmin olun ki, gerçəkliyi xəyallarla əvəzləmir, illüziyaların qurbanı deyilsiniz.

Kiçik detallara, təfərrüatlara ciddi fikir verin. Başladığınız heç bir işə səhlənkarlıqla yaraşmayın. Tənbəllik və fikrin dağınıq olması, intizamsızlıq uğura aparan yolda keçilməz sədlərə çevrilə bilər.

Bundan başqa, bel bağladığınız insan sizə xəyanət edərək çətin vəziyyətdə qoya bilər.

Buğa - gün həyat enerjisinin artımı ilə bağlıdır. Gün ərzində usanmadan, yorulmadan çalışın, eyni vaxtda bir neçə işlə məşğul olmağa çalışın və özünüzə əminliyi itirməyin. Uğurusuzluq sizi çaşdırmasın, ruhdan salmasın.

İstənilən iş bu gün əlverişlidir.

Yaradıcılıq sahəsində çalışanlar istedad və bacarıqlarını aşkarlaya bilərlər.

Maddi məqsədlərə çatmaq üçün bütün diqqəti bir istiqamətə yönəltməyin.

Əvvəllər münaqişədə olduğunuz insanlarla ümumi dil taparaq problemləri həll etmək, ailədə və işdə fikir ayrılıqlarına son qoymaq imkanı var.

Sizdən yaşlı adamlarla münasibətlərinizə fikir verin. Bu münasibətlərdən çox şey asılıdır.

Əkizlər - əməkdaşlıq üçün əlverişli gündür. Nüfuzlu şəxslər arasında müttəfiqlər aramayın. Sizinlə yeni səviyyədə və durumda olan insanların yardımları daha effektiv olacaq. Yeni layihələrdə ilham verən adam və liderlə yanaşı, tələbkar, xırdalıqlara diqqət verən rəhbər olmağa çalışın.

Yalnız belə olan halda uğura bel bağlaya bilərsiniz.

Şəxsi münasibətlər baxıimından uğurlu gün deyil. Münaqişələr ehtimalı çoxdur.

Ailədə və işdə fikir müxtəliflikləri, mübahisələr ola bilər.

Xərçəng - izafi ümidlər və xəyallara qapılmasanız, gün sakit keçəcək, pis olmayacaq. Müsbət təmayüllərin təsiri çox deyil: onlara əsaslanaraq planlar qurmayın.

Sənədlərlə iş yaxşı alınacaq, hesablarda yanlışlıqlara yol verməyəcəksiniz.

Yaxın ətrafınızdakı insanlarla dil tapmaq isə asan olmayacaq. Dünənki müttəfiqlər yetərincə aqressivdir və nələr baş verdiyini anlaya bilmirsiniz.

Evdə kiçik problemlər ola bilər. Onların heç biri ciddi münaqişə üçün səbəb olmasa da, kefiniz pozulacaq.

Şir - gun uğurlu alınacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün zəhmət çəkmək gərək olsa da, qəm yeməyin. Həmin məqsədlər zəhmətə dəyər. Üstəlik, yardım və dəstək ala biləcəyiniz insanları bu gün tapa biləcəksiniz.

Köhnə dostlar yada düşəcək.

Bu gün romantik münasibətlərə başlamağa dəyməz. Tanışlıqlara da bel bağlamayın.

Həmin münasibət və tanışlıqlar yalnız ilk baxışdan dəyərli, diqqətəlayiq təsir bağışlayır. Halbuki əslində belə deyil.

Hər şeyə rəğmən, vaxtı səmərəli keçirmək olar.

Qız - gün işgüzar sahədə yaxşılığa doğru dəyişikliklərlə bağlıdır.

Birlikdə işləməyin asan və xoş olduğu yeni tərəfdaşlar gəlir, özünüzü daha əmin hiss edirsiniz.

Gəlirlərin artması mümkündür. Üstəlik, sizi nüfuzlu insanlar dəstəkləməyə başlayırlar.

Beləcə, gün ən müxtəlif işlərə başlamaq üçün əlverişlidir.