QuraniKərimdə münafiqlərin xüsusiyyətləri


Digərləri 19 Mar 2019 23:50:00 199 0

QuraniKərimdə münafiqlərin xüsusiyyətləri

Ərəb ədəbiyyatında "nifaq" sözü "gizlətmək", "küfr etmək" və "zahirdə imanlı olmaq" mənasını bildirir.

Son.az maide.az-a istinadən bildirir ki, Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılır. (Əqidədə yaranan) bu nifaq əməldə aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri

1. Dinə etinasız şəxslərlə dostluq etmək;[1]

2. Vilayət məqamından üz çevirmək;[2]

a) Dini hakimiyyəti qəbul etməmək;[3]

b) Vilayət göstərişlərinə əks çıxmaq;[4]

3. Fürsətdən istifadə etmək;[5]

4. Möminləri təhqir etmək;[6]

5. Fitnə-fəsad törətmək;[7]

6. Psixoloji ixtilaf yaratmaq;[8]

7. Günahları yozmaq.[9]

Münafiqlərin psixoloji xüsusiyyətləri

1. Özlərini böyük şəxsiyyət hesab etmək;[10]

2. Qorxu içində olmaq;[11]

3. İztirab və həyəcan keçirmək;[12]

4. İnadkarlıq;[13]

5. Mənəvi süstlük;[14]

6. Nəfsin istəklərinə uymaq.[15]

Münafiqlərin əxlaqi xüsusiyyətləri

1. Özlərini öymək:

a) Yalan danışmaq və riya;[16]

b) Yalandan and içmək;[17]

v) Səhvləri yozmaq;[18]

q) Zahiri xüsusiyyət və görünüşə diqqət;[19]

d) Yalan vədələr vermək;[20]

2. Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.[21]

Qeyd etməliyik ki, əxlaqda ikiüzlülük dini hökmlərdə iltizamlı olmamaqdır. Bu həm insanda, həm də cəmiyyətdə öz təsirini göstərir.[22] İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: "İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir."[23]

Həzrət Peyğəmbər (s) də buyurmuşdur: "Dörd xüsusiyyətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərə əl atmaq."[24]

Münafiqlərin ictimai xüsusiyyətləri

1. Özlərini imanlı göstərmək və islahat şüarları;[25]

2. İnsanları yaxşı işlərdən yayındırıb çirkin işlərə dəvət etmək;[26]

3. Paxıllıq;[27]

4. Möminlərdə eyib axtarıb onlara lağ etmək;[28]