Türkiyədə Koroğluya abidə ucaldıldı


Dünya 19 Mar 2019 23:31:00 185 0

Türkiyədə Koroğluya abidə ucaldıldı

Bu gün Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub.

Son.az modern.az-a istinadən bildirir ki, bu münasibətlə Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin açılış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, türkdilli ölkələrdən gələn çoxsaylı qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Dəmir döymə mərasimi və Novruz tonqalı yandırılandan sonra "Koroğlu" dastanından parçalar oxunub.