Bayramda kökəlməməyin ən asan yolu –


Digərləri 19 Mar 2019 23:05:00 212 0

Bayramda kökəlməməyin ən asan yolu –

Bir neçə gün sonra bahar fəsli ölkəmizə qədəm qoyacaq. Bu münasibətlə artıq indidən evlərdə şirniyyatlar hazırlanır, xonçalar tutulur. Bayram günü isə müxtəlif təamlar hazırlanır, cürbəcür soyuq qəlyanaltılar, isti yeməklər, plovlar bişirilir.  Bişirilən yeməklər və şirniyyatlar bir neçə gün boyunca yeyilir.

Son.az medicina.az-a istinadən bildirir ki, bayram günləri ilə əlaqədar verilən istirahət günlərində bir çoxları evdə qalır və bişirilən yeməklərdən  bolluca istifadə edirlər. Bu səbəbdən də bir çox insanlarda çəki artması, həzm pozğunluğu, köpmə, allergiya, ağırlıq kimi hallar müşahidə edilə bilər.   Bəs bu cür mənfi hallardan yaxa qurtarmaq üçün nələr etmək lazımdır?

Medicina.az bu məsələ ilə bağlı dietoloq Könül Məmmədovadan açıqlama alıb. Mütəxəssis deyib ki, ildə bir dəfə qeyd edilən bizim bu əziz bayramımızda Novruzun özünəməxsus, ləziz təamlarından imtina etmək düzgün olmaz. Amma ağır və həddən artıq qidalanmanın fəsadlarını digər üsullarla  aradan qaldırmaq mümkündür. Bunun üçün ən yaxşısı bayram günlərindən sonra 3 gün ərzində detoks etməkdir.

Detoks aşağıdakndan ibarətdir: