Vacib namazların naqisliklərini bu əməllə aradan aparmaq olar


Digərləri 19 Mar 2019 22:45:00 242 0

Vacib namazların naqisliklərini bu əməllə aradan aparmaq olar

İslam dini kamil din olaraq, insanı kamala çatdırmaq üçün nazil olmuşdur. Ona görə də insana kamala çatmağın yollarını göstərir və bu yolda tövsiyələr verir. İnsanın kamala çatması üçün tərbiyə olması və islah olması mühümdür.

İnsan tərbiyəsində təsirli yollardan biri isə müstəhəblərə əməl edib, məkruhlardan qaçmaqdır.

Hər kim müstəhəb əməlləri davamlı olaraq yerinə yetirərsə, onun üçün 3 təsiri olar:

1. İnsanın günahlarını məhv edər. Necə ki, Allah Təala buyurur: "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür". ("Hud" 114).

Bu əlaqədə, biz namazların nafilələri, namazdan sonrakı təqibatların, zikrlərin, duaların əhəmiyyətini dark edə bilərik.

2. Müstəhəblər, vacibatı yerinə yetirən zaman yaranan naqislikləri aradan aparır.

Misal üçün, namazların, o cümlədən, gecə namazının nafilələri gündüz qılınan namazların naqisliklərini aradan aparır. İmam Baqir (ə) buyurur: "Nafilə namazı onun üçün qərar verilmişdir ki, vacibatın nöqsanını aradan aparsın".

Həzrət İmam Muhəmməd Baqir (ə) başqa yerdə buyurur: "Allah Təala vacib namazı nafilə namazı ilə kamil etmişdir".