Bədəninə meyvə suyu yeridən qadın ölümdən döndü


Digərləri 19 Mar 2019 22:33:00 226 0

Bədəninə meyvə suyu yeridən qadın ölümdən döndü

Çinin Hunan bölgəsində yaşayan bir qadın sağlam olmaq məqsədi ilə bədəninə iynə ilə meyvə suyu yeridib.

Son.az oxu.az-a istinadən bildirir ki, 23 meyvənin qarışımından hazırlanan şirə inyeksiyası qadını şok vəziyyətinə salıb və o, 51 gün koma vəziyyətində qaldıqdan sonra nəhayət özünə gəlib.

Xinagnan Universitetində müalicə alan qadının qaraciyər, böyrək, ürək və ağ ciyərlərində böyük problemlərin yarandığı bildirilib.