Döş xərçəngi ilə bağlı ŞOK ARAŞDIRMA –


Digərləri 19 Mar 2019 22:35:00 237 0

Döş xərçəngi ilə bağlı ŞOK ARAŞDIRMA –

İngiltərənin Kembric universitetinin alimlərinin apardıqları araşdırmaya görə, süd vəzi xərçəngi müalicə ilə sağalmasına baxmayaraq, 11-ə yaxın digər genetik xəstəliyin yaranmasına səbəb olur.  

Son.az medicina.az-a istinadən bildirir ki, araşdırmada son zamanlar süd vəzi xərçənginin müalicəsi uğurla aparılsa da, təəssüf ki, bir müddətdən sonra xəstəlik geri qayıdaraq sağalmaz formaya çevrildiyi bildirilir. Bir çox xəstələrdə bu hal uzun illər sonra baş verə bilər.

Alimlər 20 il müddətində 2000 qadın üzərində süd vəzi xərçənginin genetik dəyişikliklərini müşahidə ediblər. Daha sonra əldə edilən məlumatlarla xəstəliyin geri qayıtması riskini analiz ediblər.