Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir (FOTO)


Digərləri 19 Mar 2019 22:11:00 179 0

Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir (FOTO)

Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP icra katibinin müavinləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və millət vəkili Siyavuş Novruzov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və digərləri nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlar Novruz bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıblar. Ə.Əhmədov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bu siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Ə.Əhmədov bildirib ki, bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. Ə.Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da da fəal iştirak etdiyini, Partiyanın tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini deyib.