“Süfrəmizin şahı”ndakı xəstəlik riski


Digərləri 19 Mar 2019 21:35:00 224 0

“Süfrəmizin şahı”ndakı xəstəlik riski

Azərbaycan mətbəxində xüsusi yeri olan plovun 200 növü var. Mətbəximizin şahı sayılan bu yeməyə bayramlarda xüsusi yer verilir. Ələlxüsus, Novruz bayramında hər evdə mütləq plov bişirilir. Bu ləziz təamın özəyini isə düyü təşkil edir. Bəs düyünün xeyiri və ziyanı haqqında yetərli məlumatınız varmı?

Son.az medicina.az-a istinadən bildirir ki, düyünün tərkibində B1, B2, B3 kimi vitaminlər var. B qrup vitaminlər əsəb sistemin normal işləməsini təmin edir, saçı və dərini yaxşılaşdırır.

Düyü mədəni qoruyur, mədə sekresiyasının axmasını sürətləndirir, dieta məqsədilə istifadə edilir. Onun tərkibində xolesterin yoxdur və orqanizm tərəfindən asan sorulur. Düyü orqanizmə enerji verir, insanda toxluq hissi yaradır.

Düyünün faydaları ilə yanaşı, zərərli xüsusiyyətləri də var. Belə ki, o bütün növ qidalarla qəbul edilə bilir. Çoxlu miqdarda qəbul edilməsi artıq çəkinin meydana gəlməsinə səbəb olur. İstisna hallarda qəbizlik və kolit əmələ gətirir. Bunun səbəbi isə tərkibində amilazanın olmasıdır. 3 yaşına qədər uşaqlara həftədə 2 dəfədən çox düyü yedirmək məsləhət görülmür. Ümumilikdə isə düyü insan orqanizmi üçün xeyirli qida sayılır.   Düyünün tərkibində olan kaliy orqanizmə olan artıq olan duzu və suyu ardan götürür. Tərkibində olan mürəkkəb hidrokarbonatlar, insan orqanizmini enerji ilə təmin edir. Qəhvəyi təmizlənməmiş düyü faydalı hesab olunur. Onun qabığında 80% insana lazım olan minerallar və mürəkkəb hidrokarbonatlar var.