Qıpçaq bəyinin sultan nəvəsinin gedişi –


Dünya 19 Mar 2019 21:27:00 209 0

Qıpçaq bəyinin sultan nəvəsinin gedişi –

Onun bu hərəkəti Rusiya prezidenti Boris Yeltsinin öz vəzifəsindən gedişini xatırlatdı.

19 il 3 ay öncə Boris Yeltsin də ruslar üçün əziz bir gündə, Yeni il axşamında Rusiya prezidenti postundan istefa vermişdi. Gözlənilmədən.

Qazaxıstan birinci prezidenti Nursultan Nazarbayev də eyni addımı qazaxlar, eləcə də bütün türk dünyası üçün əlamətdar olan bir gündə - Novruz bayramından bir gün öncə atdı. Yenə də gözlənilmədən.

Son.az musavat.com-a istinadən bildirir ki, fəqət bu iki addım arasında ən ümdə fərq odur ki, Yeltsin batmaqda olan, problemlər məngənəsində çırpınan, mafiyaların, separatçı rejimlərin əlində əsir-yesir qalmış Rusiyanın baş postunu tərk etmiş, onu cavan, qətiyyətli, enerjili bir liderə vermişdi ki, məhz o, Rusiyanı xilas etsin.

Qazaxıstan isə Nazarbayevin rəhbərliyi altında gündən-günə güclənməkdə, çiçəklənməkdədir, ölkədə o elə bir ciddi problem, dərin iqtisadi böhran yoxdur ki, onun gedişini zəruri etsin. Bu ölkə Avropaya inteqrasiya yolunda ciddi addımlar atır, qonşuları ilə "sıfır problem" rejimindədir.

Bununla belə, Nursultan Nazarbayev hakimiyyəti özündən daha gənc və enerjili bir liderə ötürür. O, hələlik Yeltsin kimi etməyib, mümkün vəliəhdinin, varisinin adını çəkməyib.

Nazarbayevin rəsmi bioqrafiyası

Nursultan Abış oğlu Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda Almatı ətrafında doğulub.

1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.

1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub.

1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının prezidenti seçilib.

29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə yenidən prezident seçilib.

4 dekabr 2005-ci ildə seçkilərdə təkrar prezident olub.

Dinmühəmməd Kunayevin varisi

Rəsmi tərcümeyi halından göründüyü kimi, Nazarbayev 1984-89-cu illərdə Qazaxıstanın baş naziri olub. Bunun ilk iki ili Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsini tutan Dinmühəmməd Kunayevin, son üç ili isə eyni vəzifəd çalışan Gennadi Kolbinin vaxtına düşür.

Əslində 1985-ci ildə Kremldə baş verən hakimiyyət dəyişikliyindən sonra Mixail Qorbaçovun SSRİ rəhbəri olmasıyla Qazaxıstandakı birinci şəxsin dəyişdiirilməsi məsələsi gündəmə gələndə (Qorbaçov vaxtilə şəxsinə qarşı saymazlıq edən Kunayevdən yaxasını tezliklə qurtarmaq istəyib), Nazarbayevin Qazaxıstan KP MK-nın birinci katibi olacağı düşünülürmüş. Ancaq bundan daha öncələr gənc Nazarbayevin onun varisi olacağını gizlətməyən Kunayev bu dəfə onun birinci katib olmasına qarşı çıxıb. Nəticədə bu vəzifəyə rus millətinin nümayəndəsi Gennadi Kolbin gəlib və buna görə Qazaxıstanda ciddi etiraz dalğası kükrəyib, sovet ordusu o vaxtkı paytaxt Alma-atada (indiki Almatı) qırğın törədib.

Bəlkə də bu, heç Kunayevin iradəsi ilə olmayıb. Kremldə belə məsləhət biliblər və Kunayevi şərt qarşısında qoyublar ki, Nazarbayevin qarşısını onun əliylə, diliylə alsınlar. Hər halda Nazarbayevin hakimiyyətə gəldikdən sonrakı addımları göstərir ki, o, sələfinə qarşı kin saxlamayıb (Hazırda Almatıda və Astanada Kunayevin adına prospekt və küçələr, elm və tədris mərkəzləri və s. ictimai obyektlər var).