Novruz gəlir, yaz gəlir...


Digərləri 19 Mar 2019 21:16:00 232 0

Novruz gəlir, yaz gəlir...

Yəqin ki, hər kəs içində günəş işığını hiss etdirən, istilik yayan duyğular yaradan günləri sevir. Qarlı olmasa da, soyuq keçən qış aylarından sonra nəhayət ki, yenə insanların gözlərini günəş qamaşdıracaq, üzlər güləcək, küləkdən qaçılmayacaq, əksinə, havanı duymaq üçün hər kəs küçələrə axışacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, mərkəzi küçələrdə yenə hər kəs insan çoxluğundan şikayətlənəcək. Onda da qışdakı boz, boş küçələri xatırlayar və hər şeyin sonu olduğunu, soyuq havaların isti havalarla gec-tez əvəzləndiyini görə bilərsiniz.

Yaz fəsli ümiddir, Novruz da ümidə açılan qapıdır. Azərbaycana xüsusən yaraşan bu fəsilə illər boyu Novruzla giriş edilib. Nələr dəyişsə də, Azərbaycan xalqı bu bayramı qoruyub saxlayıb.

Su çərşənbəsi gəlib keçdi, çayların buz bağlayan hissələri əridi. Od çərşənbəsi ilə günəş torpağı qızdırmağa başladı. Yel çərşənbəsi ilə yaz küləyi gülləri, ağacları yellətdi, salamladı. Sonuncu - torpaq çərşənbəsində su ilə islanan, günəşlə isinən torpaq oyanmağa başlayır.