Nəsimidə yataqxana yanıb


Digərləri 19 Mar 2019 20:31:00 228 0

Nəsimidə yataqxana yanıb

Bakının Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.