Nəsimidə yataqxana yanıb - Sakinlər təxliyə edilib


Digərləri 19 Mar 2019 20:24:00 216 0

Nəsimidə yataqxana yanıb - Sakinlər təxliyə edilib

4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bakı. Bakının Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.