“Qızlarınız hazırlıq adı ilə çıxıb oğlanlarla görüşə gedir"


Digərləri 19 Mar 2019 20:14:00 220 0

“Qızlarınız hazırlıq adı ilə çıxıb oğlanlarla görüşə gedir"

Son.az Azmedia.az-a istinadən xəbər verir ki, paytaxtda yerləşən yaşayış binalarından birinin blokuna maraqlı və bir o qədər qeyri-adi elan yerləşdirilib. Elanı görənlər təəccüblərini gizlədə bilməyiblər. Naməlum bir şəxs tərəfindən yazılan elanda aşağıdakı sözlər qeyd olunub:

"Əziz valideynlər, sizdən xahiş edirik ki, uşaqlarınızın başı üstündə durasınız, əsas da qız uşaqlarının. Hazırlıqdan tez və ya gec çıxanlar oğlanlarla görüşürlər. Gec çıxanlar saat 5-6-da Nəsimi bazarında, tez çıxanlar isə poçtun yanında oğlanlarla görüşə gedir. Xahiş edirəm qızlarınıza diqqət edin. Bəziləri ara küçələrdə, kruqun yanında, hasarda görüşürlər. Oğlanların çoxu kirayə verib əxlaqsız şeylər edirlər, çox heyifslənirəm. Ehtiyatlı olun, hörmətli həmyerlilərim. Təmiz qəlbdən hörmətlə."


Xəbərə aid foto