Baş Prokurorluqda könüllülərlə görüş keçirilib (FOTO)


Digərləri 19 Mar 2019 20:12:00 208 0

Baş Prokurorluqda könüllülərlə görüş keçirilib (FOTO)

Dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir.

Bakı. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edərək, bu sahədə görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılmışdır. Ölkəmizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər islahatlar həyata keçirilmiş, könüllülər hərəkatı geniş vüsət almışdır. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək arzusunda olan ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluğun fəaliyyətinə cəlb edilmələri üçün zəruri tədbirlər görülür. Prokurorluq orqanlarına ictimai köməkçi qismində fəaliyyət göstərmək məqsədi ilə 100 nəfərdən artıq könüllü gənc müraciət edib.