Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib FOTO


Digərləri 19 Mar 2019 19:43:00 210 0

Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib  FOTO

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva martın 15-də Oksford Universitetinin Bodli kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə Bodli kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları üçün təşkil edilmiş 31-ci təntənəli tədbirdə iştirak edib https://www.bodleian.ox.ac.uk/).

Son.az Trend-ə istinadən bildirir ki, Ser Tomas Bodlinin xatirəsinə və onun filantropik fəaliyyətinə həsr edilmiş bu mühüm ənənəvi tədbirdə hər il məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları, universitetin ali rəhbərliyi və administrasiyası iştirak edir.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva təntənəli surətdə Oksford Universitetinin kansleri lord Patten Barnesin başçılıq etdiyi Xeyriyyəçilər Komitəsinə üzv qəbul edilib. Professor Nərgiz Paşayeva məşhur alimlər, ictimai xadimlər və Oksford Universitetinin qarşısında xüsusi xidmətləri olan nüfuzlu təşkilatlardan ibarət Xeyriyyəçilər Komitəsinə qəbul edilmiş Azərbaycanın ilk akademik nümayəndəsi olub. Lord Patten Barnes vurğulayıb ki, Nərgiz Paşayeva "Oksford Universitetinin böyük dostu və akademik tərəfdaşıdır".

Builki təntənəli qəbulun 80 nəfərə yaxın nüfuzlu qonaqlarını Oksfordun əsas tədqiqat kitabxanası olan Ueston Kitabxanasının (Weston Library, https://www.bodleian.ox.ac.uk/weston) Bləkvell Hollda (Blackwell Hall) Bodli kitabxanasının rəhbəri Riçard Ovenden (Richard Ovenden, https://www.bodleian.ox.ac.uk/weston/about/librarian) salamlayıb.

Sonra kiçik konfrans zalında "Tanınmamış qanunvericilər: ədəbiyyat və cəmiyyət" (Unacknowledged legislators: literature and society") mövzusunda ekspert diskussiyası keçirilib. Diskussiya britaniyalı yazıçı, jurnalist və tənqidçi (1992-2002-ci illərdə "The Times" nəşrinin redaktoru, 2002-2016-cı illərdə "The Times" nəşrinə ədəbi əlavənin redaktoru) ser Piter Stothardın (Sir Peter Stothard, https://www.revolvy.com/page/Peter-Stothard) sədrliyi ilə keçirilib. Diskussiyanın digər aparıcıları nigeriyalı şair və çoxsaylı romanların müəllifi, Buker mükafatı laureatı, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü Ben Okri (Ben Okri, https://www.britannica.com/biography/Ben-Okri) və britaniyalı yazıçı və tarixçi, professor, Britaniya Akademiyasının fəxri üzvü, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü və onun ilk (2017-ci ildə) qadın prezidenti Deym Marina Uorner olmuşdur. (Dame Marina Sarah Warner, https://www.thebritishacademy.ac.uk/fellows/marina-warner-FBA).

Tədbir çərçivəsində Bodli Kitabxanasının ilk tərkib hissəsindən biri olan, XV əsrdə yaradılmış İlahiyyat Məktəbində (Divinity School, https://www.bodleian.ox.ac.uk/whatson/venue-hire/rooms-available#div_school) təntənəli ziyafət verilib. Qeyd edək ki, İlahiyyat Məktəbində tədris məşğələləri və imtahanlarla bərabər çox sayda mühüm görüşlər, hətta Kral səfərləri də olub. Bu binanın tavanı Avropa Qotik memarlığının ən böyük nailiyyətlərindən biri hesab edilir.

Rəsmi hissədə Riçard Ovenden, həmçinin Oksford Universitetinin kansleri Lord Patten Barnes qonaqların qarşısında çıxış ediblər (https://www.ox.ac.uk/about/organisation/university-officers/chancellor?wssl=1).

Bodli Kitabxanasının rəhbəri R.Ovenden rəsmi qəbul zamanı çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib. Özlüyündə çox şeyə dəlalət edən bu fakt Mərkəzin elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin nəticəsini təsdiq edir.


Xəbərə aid fotolar