Dövlət Komissiyası Ermənistanda saxlanılan Qazax sakini ilə bağlı məlumat yaydı


Digərləri 19 Mar 2019 19:44:00 225 0

Dövlət Komissiyası Ermənistanda saxlanılan Qazax sakini ilə bağlı məlumat yaydı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Son.az bildirir ki, Komissiyadan Trend-ə verilən məlumata görə, hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi 16 mart 2019-cu il tarixdən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.

E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanıb, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılıb.