Bakı toplantısının əkssədası:


Digərləri 19 Mar 2019 19:31:00 200 0

Bakı toplantısının əkssədası:

Neftin qiyməti bir gün ərzində 1.2 dollar artıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert hazırda dünya bazarlarında neft qiymətlərinin bahalaşmasının səbəbini belə izah edib:

"Bunun səbəbi Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin görüşdə verdiyi bəyanatdır. Səudiyyə naziri OPEK+ çərçivəsində fevralda öhdəliklərin 90% həyata keçirildiyini və bu göstəricinin 100%-dək yüksələcəyini deyib. Görüşün yekunu artıq bazarlara öz təsirini göstərib. Belə ki, neftin qiyməti gün ərzində 1,2 dollar artıb".