Aygün oxudu, Ayan oynadı


Şou-biznes 19 Mar 2019 19:34:00 327 0

Aygün oxudu, Ayan oynadı

Baş tutan tədbirlərdən birində küsülü olan xalq artisti Aygün Kazımova və müğənni Ayan Babakişiyeva üz-üzə gəliblər. 

Son.az axşam.az obyektivinə tuş gələn ifaçılar gecə boyunca bir-biri ilə salamlaşmayıb, hətta ayrı masalarda oturaraq, bir-birini görməzdən gəliblər. 

Bir vaxtlar yaxın rəfiqə olan Kazımova və Babakişiyevanın niyə küsdüyü məlum olmasa da, onlar 3 ildir danışmır. Hətta ifaçılar bir-brini sosial şəbəkədə qara siyahıya da atıblar.  Küsülü olmalarına baxmayaraq Aygün səhnəyə çıxıb mahnı oxuyan zaman Ayan rəqs etməyə başlayıb. Həmin an lentə aldığımız görüntüləri təqdim edirik: