“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu


Digərləri 19 Mar 2019 19:27:00 209 0

“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

Bakı metrosunun "Xətai" stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb.

Son.az bildirir ki, bu barədə Oxu.az-a "Bakı Metropoliteni" QSC-nin  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, təmirə dayandırılmış "Xətai" stansiyasında işlər artıq yekunlaşmaq üzrədir:

"Stansiyada eskalatorların pillə zolaqlarının quraşdırılması sona çatıb. 18 parçadan ibarət eskalatorlar son olaraq sazlanma prosesi həyata keçirilir. Plandan kənar heç bir hadisə baş verməzsə, tədbirlər planına uyğun olaraq stansiyanın avqust ayının 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır".