Tanış olduğu qadının kişi çıxdığını görüb onu öldürdü


Kriminal 19 Mar 2019 19:04:00 204 0

Tanış olduğu qadının kişi çıxdığını görüb onu öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az Oxu.az-a istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

Hökmə əsasən, R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə)  maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub. 

Məlum olub ki, hadisə ötən il Bakı şəhəri Nizami rayon ərazisində baş verib. 

R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi olmuş R.B-la (ad, soy ad şərti) tanış olub.