Bakıda yolun kənarında "bomj" öldü


Digərləri 19 Mar 2019 18:51:00 207 0

Bakıda yolun kənarında "bomj" öldü

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Göyçay rayonunun Çaxırlı kəndində qeydiyyatda olan, 1973-cü il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Qədirov Rövşən Hasil oğlunun Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yolun kənarında halı pisləşib.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.