1200 şəhid üzrə 1928 vərəsəyə də bayrama qədər birdəfəlik ödəmə verilib


Digərləri 19 Mar 2019 18:37:00 238 0

1200 şəhid üzrə 1928 vərəsəyə də bayrama qədər birdəfəlik ödəmə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Son.az-a verilən məlumata görə, bu istiqamətdə mühüm addım kimi, ƏƏSMN-dəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi.

Artıq həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.