Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub (FOTO)


Digərləri 19 Mar 2019 18:37:00 213 0

Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub (FOTO)

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib: “Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin yaradılması faydalı işgüzar əlaqələrə gətirib çıxaracaq. Bizim universitetdə 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların hər biri təmsil etdikləri ölkələrin universitetləri ilə sıx əlaqədədirlər. Biz eyni zamanda Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını planlaşdırırıq”.