ƏƏSMN: 1200 şəhid üzrə 1928 vərəsəyə də bayrama qədər birdəfəlik ödəmə verilib


Digərləri 19 Mar 2019 18:24:20 213 0

ƏƏSMN: 1200 şəhid üzrə 1928 vərəsəyə də bayrama qədər birdəfəlik ödəmə verilib

İndiyədək artıq 5491 şəhid üzrə 7894 vərəsə birdəfəlik ödəmə ilə təmin olunub

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, bu istiqamətdə mühüm addım kimi, ƏƏSMN-dəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi.