Nikoldan inanılmaz Qarabağ açıqlaması:


Digərləri 19 Mar 2019 18:19:00 195 0

Nikoldan inanılmaz Qarabağ açıqlaması:

"Biz Dağlıq Qarabağın danışıqlar masasında əsas tərəf kimi iştirakı məsələsini irəli sürməyə davam edəcəyik. Xankəndidə də bildirdim ki, tərəfdaşlarımızla bu istiqamətdə müzakirələri davam etdirəcəyik".

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan dinləmək, anlamaq qabiliyyətini nümayiş etdirib.

"Əgər bizim tərəfdaşlarımız hesab etsə ki, mövqeyimiz həddindən artıq sərtdir, o zaman mövqeyimizi yumşalda bilərik, lakin bunu bizim tərəfdaşlarımız etməlidir, başqa cür dialoq olmayacaq", - deyə o bildirib.