Expressbank bayram günlərində də müştərilərə xidmət göstərəcək


Digərləri 19 Mar 2019 17:55:00 239 0

Expressbank bayram günlərində də müştərilərə xidmət göstərəcək

Expressbank müştərilərin işi rahat getsin deyə, Novruz bayramı ilə əlaqədar elan edilən qeyri - iş günlərində də xidmət göstərəcək. Müştərilər istənilən bank xidmətini reallaşdırmaq üçün 25 və 26 Mart tarixlərində saat 10:00-dan 15:00-dək rahatlıqla Nəsimi, Əhmədli, Sumqayıt, Gəncə, Mingəçevir və Bərdə filiallarına yaxınlaşa bilərlər. 

Bundan əlavə 20 - 26 mart tarixlərində bankın Nəsimi və Əhmədli filialları adi iş rejimində fəaliyyət göstərəcək.

Belə ki, Nəsimi filialı aşağıda qeyd edilən xidmətlər üzrə 24 saat, Əhmədli filialı isə 09:00-dan 22:00 - dək, mart ayının 25 və 26- sı isə 18:00- dək fəaliyyət göstərəcək:

Xidmətlər: 

• Valyuta alışı və satışı,

• Təcili pul köçürməsi üzrə pulun göndərilməsi və pulun alınması